50 yaşlı kişi özünü xəstəxanadan atdı

50-yasli-kisi-ozunu-xestexanadan-atdi
Oxunma sayı: 1583

Balakəndə intihara cəhd olub.

"Qafqazinfo"  APA-ya istinadən xəbər verir ki, bu gün saat 14.30 radələrində Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov 2-ci mərtəbədən özünü atıb. Xəstəxanadan bildirilib ki, Z. Hudulov dərhal əməliyyat edilib, vəziyyəti ağırdır.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.