50 yaşlı kişi yanaraq öldü

50-yasli-kisi-yanaraq-oldu
Oxunma sayı: 1018


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, 1965-ci il təvəllüdlü Qurbanov Şirinağa Əmirağa oğlu müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostik Mərkəzinə yerləşdirilib. Ona hər iki yuxarı ətrafın, üzün, döş qəfəsinin və qarnın 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun hansı şəraitdə yanıq xəsarətləri aldığı araşdırılır.