“500 AZN-lik cərimə dəyişikliyi vətəndaşın xeyrinə yönəlib”

500-azn-lik-cerime-deyisikliyi-vetendasin-xeyrine-yonelib
Oxunma sayı: 2291

“Kənardan belə təəssürat yaranır ki, məhkəmələr öz işini asanlaşdırmaq istəyir. Ancaq bu, belə deyil”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin iclasında iştirak edən Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov Mülki Prosessual Məcəlləyə əlavə edilməsi təklif edilən 174.5-ci maddə ilə bağlı danışarkən deyib. 

O bildirib ki, bu qanun layihəsi vətəndaşların hüquqlarının müdafiəsinə yönəlib: “Məhkəmə icraatında olan işini araşdırmaq üçün bütün sübutlar onun sərəncamında olmalıdır. Tərəflər yalnız müstəsna halda, əlavə sübutları təqdim etməlidir. Belə olmadığı halda müddət uzanır.

Sosial şəbəkələrdə olan etirazlar tam əsassızdır. Kassasiya müraciətlərində hakim soruşur ki, dəlilin varmı, deyir yox. Hakim də müşavirəyə gedir və qərarını elan edir. Bu da formal məhkəmə iclası hesab olunur. Bu Ali Məhkəmədə işlərin baxılması zamanı Kollegiallığın artmasına gətirib çıxaracaq. Açıq-aşkar əsassız vəsatəti vəkil verir ki, prosesi uzatsın. Bu dəyişiklik də vətəndaşın xeyrinə yönəlib. 

Bundan əlavə, məhkəmələrin rüsumların artırılmasında və  ya aşağı salınmasında marağı yoxdur. Bu rüsumlar dövlət büdcəsinə gedir. Mənim fikrimi soruşsanız, bu rüsumlar məhkəmələrin təminatına yönəldilməlidir. Aztəminatlı ailələr isə rüsumların ödənməsindən azaddır”.

Qeyd edək ki, bu təklifə görə, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.

Günel Türksoy