“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, Kataloniya təmsilçisi “Atletik”lə görüşdə 500-cü səfər qələbəsini qazanıb.
“Barselona” bu göstəricidə yalnız əzəli rəqibi “Real” (Madrid) klubundan geri qalır. “Kral klubu” səfər oyunlarında 552 qələbə əldə edib.
Qeyd edək ki, səfərdə “Atletik”ə 5:2 hesabı ilə qalib gələn “Barselona” 23-cü turda evdə “Levante”ni qəbul edəcək.
Son xəbərlər
Son Xəbərlər