500 hektar ərazi yanır, insanlar izləyir - Fotolar

500 hektar ərazi yanır, insanlar izləyir
Oxunma sayı: 3098

Avqustun 18-i Türkiyədə İzmirin Qarabağlar bölgəsində başlayan meşə yanğınları genişlənərək yayılmağa başlayıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, alovlar Səfərihisar, Menderes rayonlarındakı meşələrə keçərək təxminən 500 hektar ərazini əhatə edir. Bildirilir ki, yanğını 20 helikopter və su ilə təchiz edilən 200 xüsusi yanğınsöndürən maşın söndürməyə çalışır. Alovların qarşısını almaqda yanğınsöndürənlərə vətəndaşlar da köməklik göstərir. 

Qorxu içində yanğını seyr edən insanlar evlərini qorumaq üçün tədbirlər görməyə başlayıblar.

Aysel Kərimova

 








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi