500 milyona yaxın ƏDV məbləği geri qaytarılıb

500-milyona-yaxin-edv-meblegi-geri-qaytarilib
Oxunma sayı: 1578

“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2023-ci ilin 1 avqust tarixinədək portalda qeydiyyatdan keçmiş 2,3 milyona yaxın istehlakçıya qaytarılan məbləğ açıqlanıb.

Dövlət Vergi Xidmətindən (DVX) “Qafqazinfo”ya bildirilib ki, indiyədək istehlakçılara ümumilikdə 1 milyarddan çox kassa çeki üzrə 448,2 milyon manat ƏDV geri qaytarılıb.

Qeyd edilib ki, bu ilin yanvar-iyul ayları ərzində qaytarılan ƏDV məbləği isə 86,7 milyon manat təşkil edib.