Aralıq dənizinin Liviya sahillərində 500-ə yaxın miqrant xilas edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Sahil Mühafizə Xidməti məlumat yayıb.
Məlumata əsasən, xilasetmə əməliyyatında Avropa İttifaqının miqrasiya missiyasının Aralıq dənizindəki “EunavforMed” hərbi gəmisi və Almaniyanın qeyri-hökumət təşkilatına məxsus "Sea Watch 3" gəmisi iştirak edib.
Qeyd edək ki, 2017-ci ildə dəniz yolları ilə Avropaya 171 min miqrant gəlib. Aralıq Dənizini keçmək istəyərkən 3116 nəfər həlak olub. Hamıdan çox qaçqın İtaliya qəbul edib - 119 min 310. Statistikaya əsasən ötən il ərzində Afrikadan gələn miqrantların sayı 2 dəfəyə qədər azalıb. Belə ki, 2016-cı ildə bu rəqəm 363 min təşkil etmişdi.
Son xəbərlər
Son Xəbərlər