Aqil Məmmədovun rəhbərlik etdiyi komanda yanvarın 15-dən etibarən gündə iki dəfə olmaqla məşqlərini “Kapital Bank Arena”da keçirəcək.
“Qafqazinfo”nun məlumatına görə, təlim-məşq toplanışı çərçivəsində komanda yanvarın 14-də ilk yoxlama oyununu keçirib. Doğma meydanda “Bakı” ilə üz-üzə gələn komanda qarşılaşmadan 5:1 hesablı üstünlüklə ayrılıb.
Bu qarşılaşmada Məhəmməd Qurbanov dubl edib, digər qolların müəllifləri isə Orxan Əliyev, Tofiq Mikayılov və Budaq Nəsirov olublar. “Bakı” komandasından yeganə qolu isə Nuran Qurbanov vurub.
Son xəbərlər
Son Xəbərlər