51 yaşlı kişi döyülərək öldürülüb - Bakıda

51-yasli-kisi-doyulerek-oldurulub
Oxunma sayı: 640

Bakıda 51 yaşlı kişi döyülərək öldürülüb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunda qeydə alınıb.

Belə ki, 1966-ci il təvəllüdlü Məmliyev Tapdıq Əzizağa oğlu döyülərək başından kəskin zədə alıb. T.Məmliyev aldığı zərbədən hadisəcə yerindəcə dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırma aparılır.