51 yaşlı qadın evində ölü tapıldı

51-yasli-qadin-evinde-olu-tapildi
Oxunma sayı: 933


“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin qaynar xəttinə daxil olan məlumatda Bakının Binəqədi rayonunda, 1963-cü il təvəllüdlü Xəlifəli Dünya Böyükağa qızının mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermədiyi məlum olub. 

FHN-nin xilasetmə qüvvələri binanın 11-ci mərtəbəsindəki mənzilə daxil olublar. Hadisə yerinə çağırılmış həkimlərin apardığı ilkin müayinə zamanı D.Xəlifəlinin vəfat etdiyi müəyyən edilib.