“Qafqazinfo” xəbər verir ki, Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, 8-ci mikrorayon, Azadlıq prospekti 166/19 ünvanında yaşayan 1963-cü il təvəllüdlü Xələfli Dünya Böyükağa qızı özünü asaraq intihar edib. 51 yaşlı qadın mənzildə çilçıraq üçün nəzərdə tutulmuş ilgəkdən əl çantasının kəməri ilə özünü asıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
İntiharın səbəbləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər