51 yaşlı qadını drezin vurdu- - Xaçmazda

51-yasli-qadini-drezin-vurdu-
Oxunma sayı: 2286


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə dəmiryol xəttinin rayonun Müşkür kəndi ərazisində qeydə alınıb. Qusarçaydan-Xaçmaz istiqamətində hərəkətdə olan Dəmiryol Kontakt Şəbəkə rayonuna məxsus drezin 1964-cü il təvəllüdlü Xaçmaz rayon sakini Gülnaz Məmmədovanı vurub.

Xəsarət alan şəxs  Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.