Hadisə bu gün saat 21 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, 51 yaşlı Gəncə sakini Kəsirə Əsgərova yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.
Sürücü hadisə yerindən qaçıb və yaralını Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsinə ərazidən keçən digər avtomobilin sürücüsü gətirib.
İlkin tibbi yardım göstərilən yaralının vəziyyəti orta ağırdı.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər