Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini 52 yaşlı Arif Babayev şübhəli şəxs qismində saxlanılıb.
“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, əvvəllər də dəfələrlə məhkum olunmuş həmin şəxs polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan sellofan torbada 2 kiloqram 50 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
A.Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Son xəbərlər
Son Xəbərlər