52 yaşlı kişi 1 torba narkotiklə saxlanıldı - Foto

52 yaşlı kişi 1 torba narkotiklə saxlanıldı
Oxunma sayı: 857

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini 52 yaşlı Arif Babayev şübhəli şəxs qismində saxlanılıb. 

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, əvvəllər də dəfələrlə məhkum olunmuş həmin şəxs polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində saxlanılıb. 
 
Şəxsi axtarış zamanı ondan sellofan torbada 2 kiloqram 50 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

A.Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi