52 yaşlı kişi qətlə yetirildi

52-yasli-kisi-qetle-yetirildi
Oxunma sayı: 1900

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 14-cü məhəlləsində qeydə alınıb.

1970-ci il təvəllüdlü Novruzov Sədiyar İmamverdi oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. 52 yaşlı kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Qətli törədənin tapılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.