52 yaşlı qadın yanaraq öldü

52-yasli-qadin-yanaraq-oldu
Oxunma sayı: 1624

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub. 

“Qafqazinfo” xəbər verir ki, ümumi sahəsi 15 m² olan dəmir köşkün içərisində ev əşyaları, bitişik, ümumi sahəsi 10 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərəsi yanıb. 

Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1968-ci il təvəllüdlü Cəfərova Dilarə Nəbi qızının meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.