52 yaşlı qadını qatar vurub öldürdü

52-yasli-qadini-qatar-vurub-oldurdu
Oxunma sayı: 2130

Ağstafada qadın bədbəxt hadisə nəticəsində ölüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində baş verib. Rayon sakini, 1970-ci il təvəllüdlü Mətanət Əliyeva mal qaranı dəmir yol xəttinin üzərindən keçirən zaman qatar onu vurub. Qadın hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli