53 yaşlı kişi özünü asdı- - Oğuzda

53-yasli-kisi-ozunu-asdi-
Oxunma sayı: 2135


"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Oğuz şəhərində qeydə alınıb. Şəhər sakini, 1962-ci il təvəllüdlü Məhəmməd Səfər oğlu Hüseynovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki tut ağacından asılmış vəziyyətdə övladları tərəfindən aşkar edilib. 

Hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları araşdırma zamanı 53 yaşlı Məhəmməd Hüseynovun intihar etdiyi məlum olub.

Məlumatda bildirilir ki, mərhum 2 il əvvəl həyat yoldaşını, 1 il əvvəl isə 16 yaşlı qızını vaxtsız itirdikdən sonra depressiyaya düşərək qapalı həyat tərzi keçirib. Onun üç övladı var.

 Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.