“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, sentyabrın 2-də rayonun Çobankol kənd sakini, 1962-ci il təvəllüdlü Fətəli Abdulla oğlu Kərimov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən travmatik şok vəziyyətdə xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 53 yaşlı Fətəli Kərimov yaşadığı kəndin yaxınlığında icarəyə götürdüyü bağda qoz ağacına çıxıb və qoz çırpan zaman ehtiyatsızlıqdan yıxılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Fətəli Kərimova qapalı kəllə-beyin travması, beş qabırğasının və qasıq sümüyünün sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər