Məşhur italyan aktrisa Monika Belluççi 1942-ci ildə dünyasını dəyişən meksikalı fotoqraf Tina Modottinin həyatına həsr edilən serialda baş rolda oynayacaq.
“Qafqazinfo” Posta-ya istinadən xəbər verir ki, Monika bununla da ilk dəfə beynəlxalq bir serialda baş rolda çıxış edəcək.
6 seriyadan ibarət olacaq mini serial “Radikal baxış: Tina Modottinin həyatı və zamanı” adlanır. Ekran işinin ssenarisini Paula Vakkaro və Aaron Brukner qələmə alıb. Serialın ingiliscə və ispanca olacağı bildirilir. Çəkilişlər isə Meksika, ABŞ və İtaliyada baş tutacaq.
M.Belluççi serialda Tina Modottinin 20-ci əsrin əvvəllərində qadın haqları üçün verdiyi mübarizəni canlandıracaq.
Son xəbərlər
Son Xəbərlər