“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, aralarında 7 azərbaycanlı olmaqla 54 nəfərin öldüyü qəza ilə bağlı Kamçatka vilayəti üzrə Fövqəladə Hallar Nazirliyi baş idarəsindən bildirilib ki, gəmidə yanacaq az olub və 80 ton balığı sudan çıxarmaq istərkən batıb. Həmin şəxsin sözlərinə görə, gəminin batmasında həlledici amil isə dənizdə fırtınanın olması olub.
Eyni zamanda, Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin isə açıqlama verərək əsas versiya kimi "Dalni Vostok"un maneə ilə toqquşmasını göstərib.
Son xəbərlər
Son Xəbərlər