54 yaşlı britaniyalı aktrisa Naomi Uotts ilk dəfə rəsmi şəkildə ailə həyatı qurub.
“Qafqazinfo” xəbər verir ki, o, 5 ildir münasibətdə olduğu amerikalı aktyor Billi Krudapa ərə gedib.
Həmçinin oxuyun: Начата проверка в отношении учительницы, получившей в подарок золотые украшения - Видео
“Evləndik”, - nikahdan foto paylaşan aktrisa yazıb.
Uottsun libası “Oscar de la Renta”dandır, qiyməti 7400 dollardır (12 580 AZN).
Cütlük yaxın dostları və qohumlarının iştirakı ilə məclis təşkil edib.
Qeyd edək ki, N. Uottsun aktyor, rejissor və prodüser Liyev Şrayverdən iki oğlu var, lakin cütlük rəsmi nikahda olmayıb. Onlar ayrıldıqdan sonra dost münasibətdə qalıb, L. Şrayver N. Uottsu ailə həyatı qurması münasibətilə də təbrik edib.




Son xəbərlər
Son Xəbərlər