54 yaşlı kişi özünü meşədə asdı

54-yasli-kisi-ozunu-mesede-asdi
Oxunma sayı: 2153

Şəkidə meşə mühafizəçisi özünü asaraq intihar edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Kiş kəndində meşəlik ərazidə baş verib.

1968-ci il təvəllüdlü kənd sakini Tahir Cumayevin meyiti ağacdan asılı vəziyyətdə aşkar edilib. Onun hansı  səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Mübariz Məmmədov