54 yaşlı kişini öldürən şagirdə- - 9 il həbs+Fotolar

54-yasli-kisini-olduren-sagirde-
Oxunma sayı: 1959


“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, ötən il oktyabrın 13-də daxil olan məlumat əsasında Xızı RPŞ və prokurorluq əməkdaşları Xələnc kəndində yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan kənd sakini Xasməmməd Rəsulovun (1960-cı il təv.) meyitini aşkar ediblər. Elə həmin gün şübhəli şəxs qismində kənd məktəbinin 8-ci sinif şagirdi Elnur Heybətov saxlanılıb. 

İstintaqın gedişatında məlum olub ki, Rəsulovun və Heybətovun mübahisəsi öncə məktəbin həyətində başlayıb. Xasməmməd Elnurun anasının ünvanına nalayiq sözlər işlədib, onları ərazidə olan məktəblilər ayırıblar. Dərsdən sonra Elnur öz evinə gedərək mətbəx bıçağı götürüb və Rəsulovun yaşadığı vaqon tipli evə gəlib. Qapının qarşısında Xasməmməd onu hansı səbəbdən vurmasını soruşduqda, sərxoş vəziyyətdə olan Rəsulov təkrarən onun anasını nalayiq sözlərlə təhqir edib. Əsəbiləşən yeniyetmə qəflətən bıçaqla ona üç zərbə vurub, aldığı xəsarətlərdən Rəsulov yerindəcə keçinib. 

Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməklə, ifadəsində göstərib ki, cinayəti mərhumun söydüyü söyüşə görə törədib. O əməlindən peşman olduğunu qeyd edib.

Zərərçəkən tərəf isə iddia edib ki, məktəbli ilə yanaşı Xasməmmədin qətlində onun atası da iştirak edib. Bildirilib ki, Əfqanıstan müharibəsi veteranı olmuş Xasməmməd yatmış vəziyyətdə qətlə yetirilib.    

Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlib ki, Elnur Heybətov qəsdən adam öldürməklə CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədib. 

Məhkəmənin hökmü ilə E.Heybətov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.