“Qafqazinfo” Kəpəz TV-yə istinadən məlumat verir ki, hadisə axşam saat 20:00 radələrində Gəncə-Göygöl yolunun 1-ci km-də - Kəlbəcər Mərkəzi Rayon Xəstəxanasının qarşısında qeydə alınıb.
Yolu keçmək istəyən piyada – Göygöl rayon sakini 54 yaşlı Əfruz İspəndiyarova avtomobil tərəfindən vurulub. Yaralı dərhal qəzanı törədən sürücü tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Ona kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər