Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, sıra baxışında nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 366 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 55 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.
Nazir daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə tapşırıqlarını verib.
Son xəbərlər
Son Xəbərlər