Salyan sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, rayonun Aşağı Kürkənd sakini, 1961-ci il təvəllüdlü Axundov Cəmaləddin Əjdər oğlu işıq dirəyindən yıxılıb.
O, Salyan Rayon Xəstəxanasına çatdırılsa da, daxili orqanlarının zədələnməsi səbəbindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər