55 yaşlı kişini bıçaqlayan şəxs əvvəllər əsgərlikdən qaçıbmış

55-yasli-kisini-bicaqlayan-sexs-evveller-esgerlikden-qacibmis
Oxunma sayı: 1571

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Lək kəndi ərazisindən 1966-cı il təvəllüdlü Rövşən Vəzirov iki bıçaq zərbsi ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxsin onun həmkəndlisi 1993-cü il təvəllüdlü Aslan Həsənli oldğu müəyyən edilib.

A.Həsənli ətrafında aparılan araşdırma zamanı həmin şəxsin bir müddət öncə hərbi xidmət yerini qanunsuz tərk etdiyi üçün məhkum olunduğu məlum olub.

Murad Əhməd