Bakının Binəqədi rayonunda faciəvi hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Novxanı bağlarında qeydə alınıb.
1962-ci il təvəllüdlü Faiq Məcidov yaşadığı bağ evinin həyətində hovuza yıxılaraq ölüb. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər