56 yaşlı kişi intihar etdi

56-yasli-kisi-intihar-etdi
Oxunma sayı: 689

Qazax rayonunda 56 yaşlı kişi intihar edib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Füzuli Xəlilov yaşadığı evdə özünü iplə asıb. 

İlkin ehtimal onun öz canına qəsd etməsinə küllü miqdarda borcunun olması səbəb kimi göstərilir.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sakinlərin dediyinə görə, F.Xəlilov valyuta alqı-satqısı ilə məşğul olub.