Şirvanda 56 yaşlı kişi kollektorda batıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Baş Şirvan Kollektorunun Şirvan şəhəri ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Cavadov Təyyar Mirhəsən oğlunun batması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Son xəbərlər
Son Xəbərlər