Özündən 26 yaşlı kiçik fanatı Burcu Kartalla ailə quran 57 yaşlı türkiyəli müğənni Sinan Özenin əkiz övladları dünyaya gəlib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçının bir oğlu, bir qızı doğulub. Oğluna Sanberk, qızına Neva adını qoyan Sinanın sevinci qısa sürüb. Belə ki, müğənninin yeni doğulan qızı bağırsaq problemi səbəbindən 5 dəfə əməliyyat keçirməli olub.
Hazırda körpə reanimasiyadadır.
Son xəbərlər
Son Xəbərlər