57 yaşlı kişi çayın sahilində özünü güllələdi - Yenilənib

57-yasli-kisi-cayin-sahilinde-ozunu-gulleledi
Oxunma sayı: 4329

Qəbələdə 57 yaşlı kişi meyiti tapılıb.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Tüntül kənd ərazisində kənd sakini, 1965-ci il təvəllüdlü Əzizov  Murad Namət oğlunun meyiti aşkarlanıb.

İlkin ehtimala görə, 57 yaşlı Murad Əzizov intihar edib.

Faktla bağlı araşdırma aparılır.

***

Report-un xəbərinə görə, Qəbələ rayonunda meyiti aşkar olunan kişinin tüfənglə özünü öldürdüyü məlum olub.  Murad Əzizov Dəmiraparan çayının sahilində tüfəngdən atəş açaraq intihar edib.

Mübariz Muradov