Qaxda piyadanı avtomobil vurub.
"Qafqazinfo" nun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.
Belə ki, hərəkətdə olan "Ford" markalı avtomobil, yolu kecmək istəyən piyada Qax rayon sakini 1963-cü il təvəllüdlü Arif Şahid oğlu Abdullayevi vurub.
Yaralı Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 57 yaşlı A.Abdullayevin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov


Son xəbərlər
Son Xəbərlər