57 yaşlı sürücü maşını aşırdı- - Özü xəstəxanalıq oldu

57-yasli-surucu-masini-asirdi-
Oxunma sayı: 1857


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı – Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

“Hyundai” markalı minik maşınının sürücüsü, 57 yaşlı Nəcəfov Çingiz İdris oğlu Qazax istiqamətində hərəkətdə olarkən maşının idarəetməsini itirib və yoldan çıxaraq aşıb. Nəticədə sürücü Ç. Nəcəfov  hadisə zamanı aldığı müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndirilər. Hadisənin dəqiq baş vermə səbəbi araşdırılır.

“Qafqazinfo”