“Qafqazinfo” Reuters-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) dünya ölkələrində uşaqların hamısının 2015-ci ilə qədər ibtidai məktəbə göndərilməsi hədəfinə çatıldığını açıqlayıb. UNESCO dünyada 58 milyon uşağın təhsildən tamamilə məhrum olduğunu, 100 milyon uşağın da ibtidai məktəbi bitirmədiyini qeyd edib. Hesabatda Əfqanıstan, Nepal, Sierra Leone, Ruanda,Tanzaniya,Hindistan, Nigeriya, Pakistan, Efiopiya, Yəmən və Çad kimi ölkələrdə təhsilsizliyin hökm sürdüyü bildirilib.
Bəzi Avropa ölkələri Kuba, Qırğızıstan və Monqolustan da təhsilsiz dövlətlər arasında yer alır.
Son xəbərlər
Son Xəbərlər