58 yaşlı kişini maşın vurub

58-yasli-kisini-masin-vurub
Oxunma sayı: 731

Gəncədə piyadanı avtomobil vurub.

"Qafqazinfo"nun verdiyi məlumata görə, şəhərin Şah İsmayıl Xətai prospektində hərəkət olan "VAZ2107" markalı avtomobil yolu keçmək istəyən piyada 1961-ci il təvəllüdlü Səfərov Sahib Yaqub oğlunu vurub. Xəsarət alan piyada qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli