58 yaşlı müğənni Hande Erçellə evlənmək istəyir

58-yasli-mugenni-hande-ercelle-evlenmek-isteyir
Oxunma sayı: 11565

Türkiyəli müğənni Yılmaz Morgül aktrisa Hande Erçellə evlənmək istəyir.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni bu etirafı qatıldığı proqramların birində dilə gətirib.

"1997-ci ildə məşhur olanda Hande Erçel böyük olsaydı, mütləq onunla evlənmək istəyərdim. Mənə "hə" desə də, deməsə də. Onu ailə qızı kimi görürəm. Dünyanın ən şirin qadını Hande Erçeldir. Onu çox sevirəm, onu sevənləri də sevirəm",-deyə müğənni vurğulayıb.

Qeyd edək ki, Hande Erçelin 29, Yılmaz Morgülün isə 58 yaşı var.