59 yaşlı kişi ağacdan yıxılıb öldü

59-yasli-kisi-agacdan-yixilib-oldu
Oxunma sayı: 1777

Yevlax rayonunda ağacdan yıxılan kişi ölüb. 

"Qafqazinfo" xəbər verir ki, rayon  sakini 59 yaşlı Tofiq Hətəmov meyvə ağacından yıxılıb. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan T. Hətəmovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Rəşad Türkoğlu