5G-ni gözləyin...

5g-ni-gozleyin
Oxunma sayı: 1238


“Qafqazinfo” ICTnews-a istinadən bildirir ki, bu ölkələr sırasına ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və Böyük Britaniya daxildir. Qeyd olunan dövlətlərdə həmçinin əşyaların interneti texnologiyalarından istifadə edən çoxlu şirkət fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, 100 milyon abunəçi sayına çatmaq üçün beşinci nəsil mobil rabitə şəbəkələrinə 4G şəbəkələrindən iki il daha çox vaxt lazım olacaq. 4G şəbəkəsi abunəçilərinin sayı smartfonların gücünün artması və 4G-ni dəstəkləyən qurğuların mövcudluğu sayəsində əvvəlki nəsil şəbəkələrdən daha sürətlə artıb.

 Qeyd olunur ki, qurğular və 5G şəbəkələrinin mürəkkəb olmasına görə abunəçi sayının artımı ilk vaxtlar zəif olsa da, 2023-cü ildən sürətlənəcək və 2025-ci ilədək dünyada 5G şəbəkəsindən istifadə edən abunəçilərin sayı 100 milyonu ötəcək.