Çoxları saçlarının gur və sağlam olması üçün ağlasığmaz məbləğlər xərcləməkdən çıkinmir. Ancaq bəzən təbiət özü insanlara bu üstünlüyü bəxş edir. 6 aylıq Çanko kimi...
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 6 aylıq yapon qız İnstaqramın fenomeninə çevrilib. Buna səbəb isə Çankonun qalın, qara saçlarıdır. Müğənni Elvis Preslinin saçlarını xatırladan Çanko görənləri təəccübləndirir. 6 aylıq qızcığazın elə doğulandan qalın saçları olub. Anası onun fotolarını sosial şəbəkədə yerləşdirdikdən sonra isə Çankoya maraq yaranıb.
Artıq şəxsi səhifəsi olan balacanın 70 mindən çox izləyicisi var.





Son xəbərlər
Son Xəbərlər