“6 baldan güclü zəlzələ gözlənilmir”

6-baldan-guclu-zelzele-gozlenilmir
Oxunma sayı: 3592

“Bu günlərdə sözügedən ərazidə güclü zəlzələnin olması gözlənilmir”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib. O, bildirib ki, hazırda da hiss olunmayacaq dərəcədə kiçik zəlzələlər baş verir:

“Dünən gecə əvvəlcə 5 bala yaxın, 11 dəqiqə sonra ikinci güclü 6 bal dəyərində təkan baş verib. Gecədən parametrlərin hamısı verilib. Bu gün səhər tezdən vertolyotla hadisə yerində olmuşuq. Bəzi kəndlərdə yerləşən evlərdə çatlar yaranıb, keyfiyyətsiz tikilmiş evlərdə dağıntılar var. İsmayıllı və Ağsu bölgəsində işlər gedəcək. 

Bir neçə zəif, 3 bala kimi hiss olunan təkanlar olub. Hiss olunmayan 100-dən çox avtoşoklar baş verib. Bu bölgə ən aktiv seysmoloji bölgədir. Tarixən də burada güclü zəlzələlər baş verib. Tədqiqatlar aparılır, proses getdikcə davam etdiriləcək. 

Güclü zəlzələnin, yəni 6 baldan güclü zəlzələnin olma ehtimalı, demək olar ki, yoxdur”.

***

Q. Yetirmişli “Bakıda zəlzələ olsa, təsiri necə ola bilər?" sualını belə cavablandırıb:

“Bakı ərazisi geoloji quruluş cəhətdən çox mürəkkəbdir. Eyni binanın bir hissəsində çatlar ola bilər, bir hissəsində yox. Həmin ərazidə yerləşən hər binaya zəlzələnin təsiri müxtəlif olacaq".

Günel Hacı