6-cı bölümdə final etməsinin səbəbi açıqlandı

6-ci-bolumde-final-etmesinin-sebebi-aciqlandi
Oxunma sayı: 6134

Türkiyədə yeni yayıma başlayan “Piyasa” serialının final etməsinin səbəbi açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə serialda baş rolu canlandıran aktrisa İlayda Alişan danışıb.

Aktrisa jurnalistlərə açıqlamasında ekran işinin izləyicilər tərəfindən bəyənilmədiyini bildirib:

“Bəzi işlər alınmayanda alınmır. Serialın ilk bölümləri bəyənilmişdi, amma sonradan izləyicilər sevmədilər. Bu da tamaşaçıların öz seçimidir”.

Qeyd edək ki, İlaydanın layihədəki tərəf müqabili Alp Navruz idi.