6-cı zirvə toplantısı videokonfrans formatında olacaq

6-ci-zirve-toplantisi-videokonfrans-formatinda-olacaq
Oxunma sayı: 1229

Bu il Türkiyə-Rusiya-İran üçtərəfli 6-cı zirvə toplantısı videokonfrans formatında keçiriləcək.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Astana formatlı iclasda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani iştirak edəcəklər.

Toplantıda Suriya məsələsi, atəşkəs problemi, mültəcilərin könüllü geri qayıdışı üçün lazımi şərtlərin təmin olunması, siyasi prosesin irəliləməsi üçün atılacaq müştərək addımlar müzakirə olunacaq.