Fevralın 25-də çayda batan oğlanın meyiti tapılıb.
"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Bolqar çayının Biləsuvar rayonu ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı məntəqədən 50 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.
2 mart 2017-ci il tarixində 2005-ci il təvəllüdlü Mehdizadə Elçin Asif oğlunun cəsədi batdığı yerdən 10 km aralıda tapılıb çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər