“6 günlük uşağımı itirdim”

6-gunluk-usagimi-itirdim
Oxunma sayı: 1554


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, baş nazir ölkənin tanınmış jurnalistləri Mustafa Karaalioğlunun və Akif Bekinin suallarına cavab verib.  Mətbuatda yayılan bir xəbəri şərh edən Davudoğlu 6 günlük övladını itirdiyini açıqlayıb. “Keçən gün bir kədərli ata ilə səmimi görüşümüz oldu. Sonra, “Kədərli atadan baş nazirə etiraz” – deyə bir xəbər yayıldı. Belə bir dialoq olmayıb. O ataya təşəkkür edirəm ki, sonradan açıqlama verərək aramızda belə bir danışıq olmadığını deyib. Belə xəbərləri kim hazırlayır?


Məndə 6 günlük övladımı itirdim. Malaziyada işləyəndə belə bir hadisə yaşadıq. O hadisə hələ də mənə dərddir. Kədərli ana və atanın şikayət etməyə haqqı var”.