Bu gün muğamımızı dirçəltməyə və gümrahlaşdırmağa istiqamətlənən Milli Muğam Müsabiqəsinin birinci turu keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqə 2 turdan ibarət olacaq.
1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-da keçiriləcək. Aprelin 30-da isə müsabiqənin yekun konserti olacaq.
Aprelin 26-da xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Müraciət etmiş şəxslərin ilkin seçim turlarından sonra müsabiqəyə 38 nəfər vəsiqə qazanıb.
Bildirilib ki, bu günə qədər 5 dəfə Milli Muğam Müsabiqəsi keçirilib və bu müsabiqələrin qalibləri Beynəlxalq Muğam Müsabiqəsində ölkəmizi təmsil edib. Lakin müxtəlif səbəblərdən 6 ildir ki, müsabiqə öz fəaliyyətinə ara verib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Azadə Yolçu
Fotolar: Pərvin Zeynal










Son xəbərlər
Son Xəbərlər