6 ilin məhbusu öldü

6-ilin-mehbusu-oldu
Oxunma sayı: 1085


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, məhkum Qafil Fərəcov xəstəlikdən vəfat edib.

Qeyd edək ki, Q.Fərəcov 2008-ci ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilib.