“Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar 6 milyon 524 min 203 seçki bülleteninin çap edilməsi nəzərdə tutulur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunub: “Seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək”.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər